Bakıda qadın və qızı qaynı tərəfindən döyüldü - beysbol dəyənəyi ilə...
Bakıda qadın və qızı qaynı tərəfindən döyüldü - beysbol dəyənəyi ilə...
8 Oktyabr 2019 10:12 SosialBakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi qeydə alınıb.
Olaylar.az apa-ya istinadən xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Mənzildə onların arasında mübahisə yaranıb və qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb.
Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisəni törədən şəxs saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31