Ofeliya Sənani səhhətindən danışdı

Ofeliya Sənani səhhətindən danışdı

Xalq artisti Ofeliya Sənanı "Elgizlə izlə" verilişinə zəng edib.

Olaylar.az xəbər verir ki, diktor səhhətinin yaxşı olduğunu deyib.

"Çox şişirtdilər, amma yaxşıyam. Müayinələr oldu" deyə, O.Sənani söyləyib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi diktorun infarkt keçirməsi haqda xəbər yaymışdı. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31