Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub
Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub
7 Oktyabr 2019 17:14 SosialAzərbaycanda fikir, söz və məlumat azadlığı dövlətimizin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsini təşkil edir. İstənilən ölkədə demokratiyanın mövcud olub-olmadığı, bu prinsiplərə necə əməl edildiyi göstərən, sübut etdirən amillərdən biri də həmin ölkədə kütləvi informasiya vasitələrinin necə fəaliyyət göstərməsidir. Müstəqil dövlətlərdə fikir, söz azadlığı, siyasi plüralizmin mövcud olub-olmaması əsas diqqət mərkəzində olan məsələlər sırasındadır. Daha dəqiq desək bir ölkənin demokratik dəyərlərə uyğun inkişaf edib-etmədiyinə fikir vermək, diqqət yetirmək, təhlil etmək üçün həmin ölkənin media məkanına diqqət çəkmək kifayətdir. Medianın, kütləvi informasiya vasitələrinin cəmiyyətin güzgüsü olduğunu nəzərə alsaq, o zaman kütləvi informasiya vasitələrinin nə dərəcədə müstəqil, azad olmasının həmin ölkə barədə fikir formalaşdırdığını deyə bilərik. Demokratik dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biridir.
Bu gün ölkəmizdə təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Azərbaycanda azad medianın yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən hesab edildiyindən söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə böyük əhəmiyyət verən ulu öndər Heydər Əliyev ölkədə azad medianın inkişafına, kütləvi informasiya vasitələrinin azadlığının təminatına xüsusi diqqət göstərirdi.
Heydər Əliyev demişdir: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik".
Məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də probmelərin həllinə yol açdı. Təsadüfi olaraq deyilmir ki. Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Qısa zaman ərzində Heydər Əliyev tərəfindən insanların öz fikir və yanaşmalarını azad şəkildə ortaya qoyması, onu cəmiyyətə çatdırması üçün müvafiq addımlar atıldı. Heç şübhəsiz ki, bu addımlar birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlı idi. Ümummilli liderin 1998-ci ildə ölkədə senzuranın ləğvi ilə bağlı atmış olduğu addım o dövr üçün bir inqilabi yenilik idi. Bu Azərbaycanın fikir, söz, ifadə və məlumat azadlığına nə qədər önəm verdiyini əyani şəkildə təsdiqlədi.
Heydər Əliyevin düşünülmüş, uzaqgörən siyasəti və atmış olduğu addımlardan sonra Azərbaycan mediası, kütləvi informasiya vasitələri azad, müstəqil şəkildə fəliyyət göstərirdi. Tədricən media, kütləvi informasiya vasitələri üçün yaradılan şərait, imkanlar yeni-yeni müstəqil media qurumlarının yaradılmasına, təsis edilməsinə yol açırdı ki, bu da ölkədə müstəqil medianın formalaşmasına öz müsbət təsirini göstərirdi. Bir sözlə müstəqil mətbu orqanlarının yaradılması Azərbaycanda fikir, söz. ifadə və məlumat azadlığının təminatından xəbər verirdi.
Bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyevin zamanında, 90-cı illərin əvvəllərində qoyduğu ənənə uğurla davam edir.
Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 və 135 illik yubileyləri münasibətilə ölkənin onlarla jurnalistlərini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi bir-birindən əhəmiyyətli addımlardır. Jurnalistlərin mənzillə əmin edilməsi, "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir. Dövlət başçısı İlham Əliyevin son on ildə bir neçə dəfə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyəridir.
Dövlət başçısının kütləvi informasiya vasitələrində cəmiyyətdə mövcud olan problemlərin, neqativ halların işıqlandırılmasına olan münasibəti, bu yanaşmaya görə jurnalistləri təqdir etməsi, onları dəstəkləməsi, hətta media təmsilçilərini özünün köməkçisi adlandırması onu deməyə əsas verir ki, Azərbaycanda fikir, söz, məlumat azadlığının qorunması yüksək səviyyədədir. Hətta dövlət başçısı belə bunda maraqlıdır. Azərbaycanda fikir, söz, məlumat azadlığı ən yüksək səviyyədə qorunur və bunda hakimiyyət də tam mənada maraqlıdır. Bu gün Azərbaycan hakimiyyətin siyasəti buna xidmət edir.
Ölkədə həm hakimiyyət, həm müxalifət meyilli, həm də müstəqil medianın mövcud olması Azərbaycanda fikir, söz, məlumat azadlığının olduğunu təsdiq etməklə yanaşı, həm də plüralizmin mövcudluğunun göstəricisidir. Yəni, Azərbaycanda istənilən siyasi partiya və ya təşkilata bağlı media qurumları fəaliyyət göstərir. Və onlara qarşı heç bir təzyiq yoxdur. kütləvi informasiya vasitəsində istər ölkənin əldə etdiyi uğurlar, inkişaf və tərəqqi, istərsə də müxtəlif sahələrdə mövcud olan problemlər barədə sistemli, davamlı, gündəlik olaraq materiallar dərc edilir.
Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. Plüralizmin siyasi, mədəni-mənəvi iqtisadi, sosial və s. növləri mövcuddur. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hərbiri öz muxtariyyatına doğru inkişaf etməyə başlayır.
Günümüzdə Azərbaycanda yüzlərlə siyasi partiya və təşkilat fəaliyyət göstərir. Həmin siyasi partiyalar arasında sağçı, solçu, mərkəzçi, liberal, democrat, hətta islamçılar belə var. Hər bir siyasi partiya və təşkilat heç bir maneə ilə üzləşmədən, heç bir müdaxilə olmadan azad və sərbəst şəkildə fəaliyyət göstərir. Bütün bunlar sübut edir ki, Azərbaycanda plüralizm yüksək səviyyədə qorunur.
Azərbaycan mətbuatı kifayət qədər şərəfli yol keçib, bu gün də eyni missiyanın daşıyıcısı kimi çıxış edir. Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. ölkəmizdə media azadlığının, fikir azadlığının, söz azadlığının mövcud olması hər bir azərbaycanlının uğurudur. Beləliklə, bu nailiyyətlər çərçivəsində Azərbaycan mediası dövlətin diqqət və qayğısı nəticəsində daha da böyük uğurlara imza atacaq".Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. İnanırıq ki, mətbuatımız bu vəzifələri layiqincə yerinə yetirmək əzmindədir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Sevindirici haldır ki, bu üç amil Azərbaycan mətbuatının əsas özəyi və sütünudur.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir