“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına təlimlər keçirilir
“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına təlimlər keçirilir
7 Oktyabr 2019 17:08 SosialElektron Kənd Təsərrüfatı İnformasiya Sistemində "EKTİS" qeydiyyat və məlumatların bəyan edilməsi ilə bağlı regional "ASAN xidmət" mərkəzlərində xidmət göstərəcək Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına təlimlər davam edir. Nazirlikdən "Olaylar"a bildirilir bki, təlimlər Şamaxı, Kürdəmir, Gəncə, Bərdə və Tovuz "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərəcək şəxslərə keçirilib. Nazirliyin Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın tətbiqi və EKTİS-də qeydiyyatla bağlı təlimlər keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31