“Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib
“Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib
7 Oktyabr 2019 16:48 SosialAMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Dövlət Universitetinin Fizika ixtisasının I və II kurs tələbələrinin iştirakı ilə "Fizikanın və astronomiyanın müasir problemləri" mövzusunda elmi seminar keçirilib.
Olaylar.az-a verilən məlumata görə, tədbirdə rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev seminarın keçirilməsinin aktuallığı barədə məlumat verərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 3 aprel 2019-cu il tarixində "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında" sərəncamını xatırladıb. Qeyd olunub ki, sərəncamdan irəli gələn əsas vəzifələrdən biri Naxçıvan Muxtar Respublika ərazisindəki Ali məktəb tələbələri ilə birlikdə müxtəlif elmi-kütləvi tədbirlərin təşkil edilməsi, hamiliyə götürülmüş tələbələrin elmə maraqlarının artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsidir.
Daha sonar Qulu Həziyev "Fizikanın və astronomiyanın müasir problemləri", kiçik elmi işçilər Vəfa Qafarova "Kainatda qara çuxurlar" və Türkan Məmmədova "Müasir yerürüstü optik teleskoplar" mövzusunda çıxış ediblər.
Rəsədxana əməkdaşları həm fizikanın həm də astronomiyanın ən maraqlı və aktual mövzuları haqqında video-materiallardan istifadə etməklə seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Sonda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

