Nobel mükafatı haqqında bilmədiklərimiz

Nobel mükafatı haqqında bilmədiklərimiz

Bu gün İsveç və Norveç paytaxtlarında Nobel mükafatı laureatları elan olunub. Bəs bu mükafat haqqında nə bilirik?

Olaylar.az bildirir ki, Nobel mükafatı elm, incəsənət və dünya ictimaiyyətinin inkişafı sahəsində verilən məşhur beynəlxalq mükafatdır.

İlk olaraq Nobel elm sahəsində riyaziyyat elmini siyahıya daxil etsə də, sonradan onu siyahıdan çıxarır. Bəziləri bu qərarı isveçli riyaziyyatçı Mittaq-Lefflerin adı ilə bağlayır. Belə ki, deyilənlərə görə o daim Stokholm universiteti üçün ianələr tələb etdiyinə görə, Nobel onu heç sevmirdi. Digər bir versiyaya görə isə Nobel Sofiya Kovalevskayaya aşiq olduğu halda bu qadın Mittaq-Leffleri tərcih etmişdi.

Nobel fondunun yaradılması üçün təşkilatçılara 4 il lazım oldu. Nəticədə fond 1900-cü ildə özəl, müstəqil qeyri-hökumət təşkilatı olaraq yaradıldı.

Nobel mükafatı 1901-ci ildən verilməyə başlayıb.

Qaliblərin yekun seçimi İsveç Kral Elm Akademiyası, İsveç akademiyası, Karolina İnstitutunun Nobel Assambleyası və Norveç Nobel komitəsi tərəfindən həyata keçirilir. Ənənəyə sadiq olaraq qaliblərin adları oktyabr ayında elan edilir.

Hər bir Nobel mükafatının dəyəri 10 milyon isveç kronuna (təqribən 1 milyon avro) bərabərdir. Namizədlərə pul mükafatı ilə yanaşı onun şəkli ilə birlikdə medal və diplom da təltif edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31