Müsavatın bu dəfə də bəxti gətirmədi
Müsavatın bu dəfə də bəxti gətirmədi
7 Oktyabr 2019 15:57 Sosial"Büllur" Şadlıq Sarayı mərasim evi kimi fəaliyyət göstərir
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının IX qurultayını Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən "Büllur" Şadlıq Sarayında keçirməyə razılıq verib. Məktubda Müsavatın şadlıq evinin sahibi ilə razılaşma əldə ediləcəyi təqdirdə BŞİH-in buna heç bir etiraz etməyəcəyi qeyd olunub. Lakin məlum olub ki, həmin obyekt uzun müddətdir şadlıq sarayı kimi fəaliyyətini dayandırıb. İndi həmin ərazidə "Büllur" kafe və mərasim evi fəaliyyət göstərir. Kafedən bildirilib ki, həmin obyektin rəhbərliyi Müsavatın qurultayının orada keçirilməsinə razı deyil. Bununla bağlı etiraz Müsavata da çatdırılıb.
Yaranmış mübahisəli vəziyyəti Müsavat Partiyası da təsdiqləyib. Müsavat başqanın müavini Səxavət Soltanlı Modern.az-a açıqlamasında deyib ki, yeni məkan axtarılır: "Əvvəlcə o məkanla maraqlanmışdıq. Biz indi həmin yerlə əlaqə saxladıq, onlar bizim tədbirimizin keçirilməsinin mümkün olmadıqlarını bildiriblər. Yeni məkanla bağlı danışıqlar davam edir". Qeyd edək ki, Müsavat Partiyasının qurultayı oktyabrın 12-də keçiriləcək. Qurultayda hazırkı başqan Arif Hacılı partiya üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu ilə sədrlik uğrunda mübarizə aparacaq.