Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb

DİO əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilir. DİN-dən "Olaylar"a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının şəhər ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini F.Mikayılovdan 6 qrama yaxın, evindən isə 40 qramdan artıq marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi A.Hacıyev də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5,5 qram, evindən 53 qrama yaxın və qeydiyyatda olduğu Muradxan kəndindəki evdən isə 305 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31