Narkotik vasitə ilə tutulmuş şəxsin digər cinayət əməlləri ifşa olunub

Narkotik vasitə ilə tutulmuş şəxsin digər cinayət əməlləri ifşa olunub

Narkotik vasitə ilə tutulmuş şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş N.İbrahimovun ətrafında Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 2-də Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Əliyev və T.Məmmədovla birgə rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib. Davam etdirilən tədbirlərlə R.Əliyev və T.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31