Evlərə qənim kəsilən şəxs ələ keçib
Evlərə qənim kəsilən şəxs ələ keçib
7 Oktyabr 2019 15:24 SosialOğurluq etməkdə şübhəli bilinən Binə qəsəbə sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirib. Müraciətlə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. Evdən qapının qıfılını sındırmaq yolu ilə 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Şıxəliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31