Avtomobildə xeyli miqdarda siqaret aşkarlandı

Avtomobildə xeyli miqdarda siqaret aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ- 2106" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar" a bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda ön panelin iç hissəsində 1920 ədəd "King Nano Charge 4", 400 ədəd "King Nano Charge 1" və 100 ədəd "King Compact" markalı siqaretlər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31