Universitetdə Ümumuniversitet elmi seminarı keçirilib
Universitetdə Ümumuniversitet elmi seminarı keçirilib
7 Oktyabr 2019 14:28 SosialBakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru Kamran Mahmudov və "Üzvi kimya" kafedrası nəzdində fəaliyyət göstərən "Zərif üzvi sintez" ETL-nın aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Ataş Qurbanovun Portuqaliyanın Lissabon Universitetində uzun müddətli ezamiyyəti müddətində yerinə yetirdikləri elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş Ümumuniversitet elmi seminarı keçirilib.
Olaylar.az bildirir ki, seminarı giriş sözü ilə BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açaraq elmi-tematik plan üzrə yerinə yetirilmiş işlər əsasında mühüm elmi nəticələrin Ümumuniversitet elmi seminarlarında kollektivə təqdim edilməsi, geniş müzakirəyə çıxarılması, həmçinin tələbələrin elmi axtarışlara sövq edilməsi məqsədilə davamlı olaraq təşkil olunacağını bildirib.
Hesabat xarakteri daşıyan seminarda Kamran Mahmudovun "Qeyri-kovalent qarşılıqlı təsirlər: sintez, kataliz və materialların dizaynı", Ataş Qurbanovun isə "Kristal mühəndisliyində qeyri-kovalent qarşılıqlı təsirlər" mövzularında məruzələri universitetin elmi ictimaiyyətinə təqdim edilib. etməklə onların xassələrini dəyişmək (tənzim etmək) mümkündür. Koordinasion birləşmələrin katalitik aktivliyini artırmaq ücün ligand molekuluna əlavə sulfo və ya karboksil qruplarının daxil edilməsi hidrogen rabitəsi hesabına reaksiyanın seçiciliyini təmin edir. Tək hidrogen rabitəsi deyil digər qeyri-kovalent garşılıqlı
Məruzələr dinlənildikdən sonra alınan mühüm elmi nəticələr geniş şəkildə müzakirə olunub, mövzu ətrafında çıxışlara yer verilib, fikir və təkliflər dinlənilib. Daha sonra ezamiyyət dövründə Kamran Mahmudov və Ataş Qurbanov tərəfindən görülmüş işlər bəyənilib, alınan mühüm elmi nəticələrin BDU-nun illik hesabatına daxil edilməsi üçün Elmi Şura qarşısında vəsatət qaldırılması qərara alınıb.