Müsavatın qurultayı “Büllur”da keçiriləcək
Müsavatın qurultayı “Büllur”da keçiriləcək
7 Oktyabr 2019 14:19 SosialBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultayla bağlı müraciətinə cavab verib. "Olaylar"ın məlumatına görə, partiyanın başqanı Arif Hacılının sözlərinə görə, Meriya Müsavata IX qurultayının Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən "Büllur" Şadlıq Sarayında keçirməyə razılıq verib. Məktubda Müsavatın şadlıq evinin sahibi ilə razılaşma əldə ediləcəyi təqdirdə BŞİH -in buna heç bir etiraz etməyəcəyi qeyd olunub. Müsavat Partiyasının qurultayı oktyabırn 12-də keçiriləcək. Qurultayda hazırkı başqan Arif Hacılı partiya üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqiblu ilə sədrlik uğrunda mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31