Kürdəmir sakinindən odlu silah götürülüb

Kürdəmir sakinindən odlu silah götürülüb

Hüquq-mühafizə orqanları Kürdəmir rayonunda  qanunsuz silah aşkarlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarasaqqal kənd sakini E.Hüseynovun evindən müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31