Finlandiyalı şairə Ədəbiyyatı Muzeyində
Finlandiyalı şairə Ədəbiyyatı Muzeyində
7 Oktyabr 2019 13:22 SosialBakıda keçirilmiş "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalının fəxri qonağı finlandiyalı şairə, tərcüməçi Olqa Svanberq AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Olaylar.az bildirir ki, muzeyin zalları ilə tanış olan qonaq klassik Azərbaycan ədəbiyyatına heyranlığını bildirib. O, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin qəzəllərini rus dilinə tərcümə etdiyini vurğulayıb.
Olqa Svanberq muzeyin ekspozisiyasının zənginliyinin onda xoş təəssürat yaratdığını deyərək, rəylər kitabına öz ürək sözlərini yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31