Şagirdlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər?
Şagirdlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər?
7 Oktyabr 2019 13:14 SosialNazirlər Kabinetinə müraciət hazırlanır
"Məktəbli formasında olan şagirdlərin ictimai nəqliyyatda pulsuz daşınması ilə bağlı Nazirlər Kabinetinə müraciət hazırlanır". "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa məlumat verib. Deputat bildirib ki, hazırda müraciət üzərində iş aparılır: "Müraciət edəndə gərək məsələni əsaslandırasan və ondan sonra müraciət edəsən. Bizim mütəxəssislər hazırda onun üzərinə işləyirlər. Hazır olandan sonra həllini gerçəkləşdirmək üçün Nazirlər Kabinetinə müraciət edəcəyik. Hesab edirəm ki, bu olduqca vacib məsələdir və ölkənin də imkanları var ki, onu həll eləsin". Deputat qeyd edib ki, uşaqların sıxıntıdan qurtulması hamımızın maraqlarına uyğundur: "Mənim fikrimcə məsələyə rasional yanaşılsa, bu problemin öz həllini tapması mümkündür. Məncə burada çətinlik yaradacaq heç bir iş yoxdur. Sadəcə olaraq buna həssas yanaşılmalıdır".