Şuşadakı Gövhar Ağa məscidinin təmirdən sonrakı FOTOSU

Şuşadakı Gövhar Ağa məscidinin təmirdən sonrakı FOTO

Xəbər verdiyimiz kimi, Dağlıq Qarbağdakı seperatçı rejim İranın "Part Saman Jahan Co" adlı şirkətilə birgə Şuşa çəhərindəki tarixi Gövhar Ağa məscidini təmir edir.
Gövhar Ağa məscidinin bərpa işləri sona çatmaq üzrədir.
Bildirilir ki, Gövhar Ağa məscidində təmir işləri oktyabr ayının 14-də yekunlaşacaq. Sosial şəbəkələrdə Gövhar Ağa məscidinin təmir olunduqdan sonrakı fotolarl da yayılıb.
Xatırladaq ki, 1883-1885-ci illərdə tikilmiş məscidin memarı Kərbalayi Səfixan Qarabağidir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. 

Yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31