Azərbaycanda 14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurdu
Azərbaycanda 14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurdu
4 Oktyabr 2019 16:32 SosialBeyləqanda məktəbliləri maşın vurub.
Hadisə oktyabrın 3-ü, saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb.
14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi "VAZ-2106" markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən üç yeniyetmə qızı vurub.
Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31