Ehtiyat hissələrini gizlədərək keçirmək istədi
Ehtiyat hissələrini gizlədərək keçirmək istədi
4 Oktyabr 2019 16:11 SosialŞimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Kamaz 35320" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. DGK-dan "Olaylar"a bildirilib ki, baxış zamanı nəqliyyat vasitəsinin alt hissəsində gizlədilmiş, yük avtomobilinə aid 6 adda, ümumilikdə 43 ədəd ehtiyat hissələri aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31