Samirənin "ərə getməyi" piar imiş

Samirənin "ərə getməyi" piar imiş

Bir neçə gündür ərə getmək xəbəri ilə gündəmdən düşməyən meyxanaçı Samirə Yusifqızının özünü piar etdiyi ortaya çıxıb.

Olaylar.az xəbər verir ki, "Elgizlə izlə" verilişinə çıxıb, özündən yaşca kiçik bir Həciyə ərə getməyə hazırlaşdığını söyləyən sənətçi öz yalanını özü açıb.

Bu dəfə Samirə "Hər şey daxil" verilişində ərə getmədiyini söyləyib:

"Ərə getmirəm, boş söhbətdir".

Aparıcı-prodüser Tarix Əliyevin "Bəs verilişlərə çıxıb deyirdin, ərəg edirəm. Oğlan məndən yaşca balacadır" sualına ifaçı "Təklif var idi, İsveçrədə yaşayırdı. Azərbaycanlı iş adamı idi. Amma istəmədi" cavabını verib.  

Qeyd edək ki, S.Yusifqızı 2015-ci və 2018-ci ildə də ərə getmə xəbəri ilə özünü gündəmə gətirmişdi. Hətta bu ilin mayında Samirə əcnəbi bir kişi ilə ailə quracağını demişdi.

axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31