Müxtəlif markalı siqaretlər aşkarlanıb
Müxtəlif markalı siqaretlər aşkarlanıb
4 Oktyabr 2019 16:02 SosialŞimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Mercedes Benz V220 CDİ" markalı avtomobil Samur-Bakı yolunun 25-ci kilometrliyində gömrük əməkdaşları tərəfindən saxlanılıb və avtomobilə baxış keçirilib. "Olaylar" xəbər verir ki, baxış zamanı nəqliyyat vasitəsində sərnişin olan Azərbaycan Respublikası vətəndaşına məxsus polietilen paketlərin içərisindən aksiz markası ilə markalanmayan 4500 ədəd "Marlboro" və 6400 ədəd "Parliament Heets" markalı siqaretlər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31