Ayan üçün 2600 manatlıq səs göndərdi
Ayan üçün 2600 manatlıq səs göndərdi
4 Oktyabr 2019 14:18 SosialÖtən gün Maşın" şounun ən səs-küylü buraxılışı efirə gedib.
Olaylar.az xəbər verir ki, səsverməyə çıxan müğənni Fuad Musayev hədəfinin Ayan Babakişiyeva olduğunu açıqlayıb. Ayan isə bildirib ki, Fuad şəxsi məsələyə görə onu oyundan çıxarmaq istəyir. Dəfələrlə göz yaşını saxlaya bilməyən ifaçı Fuadın qızının atası Füzuli Musayevin qohumu olduğu üçün onu oyundan uzaqlaşdırmaq istədiyini eyham vurub.
Xalq artisti Bilal Əliyev, müğənni Nazim Pişyari, meyxanaçı Aqşin Fateh də F.Musayevə dəstək olublar. Qadın iştirakçılardan isə Kəmalə Piriyeva ilə Zümrüd Ayan üçün səs istəyib. Şouda yaşananlar sosial şəbəkədə də öz əksini tapıb. Çünki kişi iştirakçıların müğənnini təkləməsi tənqid olunub. Sənətçilər isə Ayanın fotolarını paylaşaraq səs istəyiblər.
Müğənni Röya Ayxan Türkiyədə olsa da, Ayana dəstək olduğunu bildirib. Sevil Sevinc bacıları da analardan Ayan üçün səs istəyib. Prodüser Tarix Əliyev isə can-fəşanlığı ilə seçilib. Fuadın getməsi üçün dostlarından səs istəyib.
Ayana ən çox dəstək olan isə iş qadını Ruhi Əliyeva olub. O, Fuadın getməsi üçün 26 dəfə 50 səs göndərdiyi ilə bağlı video paylaşıb. Beləliklə, Ruhi 2600 manatlıq səs vermiş olub.
Qeyd edək ki, yarışmada bir səs 2 manatdır.
Musavat.com