"Ailəmizə söz-söhbət salmaqdan ötrü evimizə gəlirdi" - Aşıq Zülfiyyə

"Ailəmizə söz-söhbət salmaqdan ötrü evimizə gəlirdi" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə illər öncə ailəsini dağıltmağa cəhd edən qadına müraciət edib.

Olaylar.az xəbər verir ki, o qonağı olduğu ATV televiziyasından yayımlanan "Şou Atv" proqramında illər öncə ailəsinə söz-söhbət salmağa cəhd edən qadına müraciət edib. "Ağıllı olsun, dünya malında tamahı olmasın.Çünki, bu dünyadan heç kim heç nə aparmayıb ki, o da nəsə aparsın".

Sözügedən proqramda sənətkar nəfsinin tox olduğunu bildirib. "Hər bir işdə özümdən narazıyam, təkcə bir işdə razıyam ki, mənim nəfsim toxdur. Biz təzə ailə quranda bir qadın var idi tez-tez bizə gəlirdi. Hər dəfə barmağında yeni bir üzüklə gəlirdi.

"Bax təzə briliyyant almışam" deyirdi. Bilirdim ki, məqsədi başqadır. Hətta, mənə deyirdi ki, filan yerdə təzə qızıllar var yoldaşına de sənə alsın. Amma mən də elə o qadın özü də yaxşı bilirdi ki, mənim yoldaşımın elə bir imkan yoxdur. Bütün bunlar ailəmizə söz-söhbət salmaqdan ötrü idi".

Sonxeber.az

Dilarə yenə göz qamaşdırdı — Bilirəm, geyimim yenə səs-küy saldı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31