Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb
Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb
3 Oktyabr 2019 15:06 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alıblar. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İsmayılov Fikrət Xəlil oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Goranboy rayon sakini Sadıqov Bilal Sadəddin oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan gödəkcənin cibində gizlədilmiş 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, 3 ədəd danışıq kartı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.