Şamaxıda Əlillərin Regional Bərpa Mərkəzi yaradılacaq
Şamaxıda Əlillərin Regional Bərpa Mərkəzi yaradılacaq
3 Oktyabr 2019 15:03 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin respublika üzrə reabilitasiya infrastrukturu daima genişləndirilir, mövcud infrastruktur isə müasir standartlara uyğunlaşdırılaraq yenidən qurulur. Nazirlikdən "Olaylar"a bildirilib ki, bu məqsədlə cari ildə Şamaxı rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin tikilməsi nəzərdə tutulub.Yeni yaradılacaq reabilitasiya müəssisəsində Şamaxı və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərin səmərəli bərpa müalicəsi alması üçün kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31