Yeni subsidiya qaydaları ilə bağlı təlimçi qrupları formalaşdırılır

Yeni subsidiya qaydaları ilə bağlı təlimçi qrupları formalaşdırılır

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində  (EKTİS) qeydiyyatla bağlı təlimçi qruplarının formalaşdırılması prosesi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Mahir Məlikov və  Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar."Olaylar" xəbər verir ki, nazirlik əməkdaşları və ADAU rektoru İbrahim Cəfərovla birlikdə yeni təlimçi qruplar ilə görüş keçirib. Görüşdə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydalarının kənd təsərrüfatı istehsalçılarına izahı, bütövlükdə təlimlərin təşkilinin metodikası barədə ətraflı məlumat verilib, təlimçilərin nümunəvi təqdimatları dinlənilib, suallar cavablandırılıb, habelə rayonlar üzrə təlimlərin qrafiki müzakirə olunaraq təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31