Vətəndaşlar da qanunvericilik təşəbbüsü ilə çxış edə biləcəklər

Vətəndaşlar da qanunvericilik təşəbbüsü ilə çxış edə biləcəklər

Milli Məclisin payız sessiyasında "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən "Olaylar"a bildirilib ki, sənəddəki bir sıra müddəalara dair beynəlxalq təcrübə, o cümlədən Avropa ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycan üçün uyğun olan model seçilib. İyul ayında isə bu sənədin ictimai müzakirəsi təşkil olunub. Müzakirədə xeyli təklif səslənib. Birinci oxunuşdan sonra qanun layihəsində 30 dəyişiklik edilib. Ölkəmizdə belə bir qanunun tətbiqi demokratiyanın təzahürlərindən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31