"Təranənin ayağına dəyən daş Zaurun başına dəysin" - Musa Musayevi elektrik vurub

"Təranənin ayağına dəyən daş Zaurun başına dəysin" - Musa Musayevi elektrik vurub

Müğənni Musa Musayevi "tok" vurub.

Olaylar.az axşam.az-a istinadən bildirir ki, bu haqda "5/5" verilişində aparıcı Zaur Kamal deyib. Proqram əməkdaşları sənətçinin evinə yollanıblar. İfaçının həyat yoldaşı Təranə Qumral məsələ ilə bağlı açıqlama verib:

"Qonaq gedirdik, işıqları söndürmək istədik. Həmin an şit partladı, o hissə yanıb. Vəziyyəti hələ tam yaxşı deyil. Zaur, tikanlarını saxla".

Zaurun "Musaya dəyən daş, Təranənin ayağına dəysin" sözlərinə Qumral "Təranənin ayağına dəyən daş Zaurun başına dəysin" cavabını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31