11 gündür itkin düşən tələbə tapıldı (YENİLƏNDİ)

11 gündür itkin düşən tələbə tapıldı (YENİLƏNDİ)

11 gündür itkin düşən Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb.

Bu barədə tələbənin atası Əfqan Cəfərov məlumat verib.

Onun sözlərinə polislər oğlunun yerini müəyyənləşdirib:

"Hər şey yaxşıdır. Oğlum sağ-salamatdır. Polislər artıq yerini müəyyənləşdirib. Sabah polislər həmin yerə gedib oğlumu götürəcək".

Qeyd edək ki, Əsədulla Cəfərovun evi tərk etməsinə bu il təhsil haqqını ödəyə bilməməsi və kəsirinin olması səbəb olub.

oxu.az

Bakıda 2 həftədir yoxa çıxan tələbə ilə bağlı UNİVERSİTETDƏN AÇIQLAMA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31