Argentina səfiri DİP-in qonağı olub

Argentina səfiri DİP-in qonağı olub

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Argentinanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri  Serxio Osvaldo Perez Qunella ilə görüşüb.  DİP-dən "Olaylar"a bildirilib ki, görüşdə Azərbaycan-Argentina münasibətləri, parlamentlərarası əlaqələr, ölkəmizdəki və regiondakı ictimai-siyasi vəziyyət müzakirə edilib. Asim Mollazadə qonağa partiyanın siyasi və parlament fəaliyyəti barədə ətraflı məlumat verib.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31