Qəza 400 abonenti qazsız qoyub

Qəza 400 abonenti qazsız qoyub

Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar. "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, nəticədə adı çəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Xəttin bərpası istqamətində işlər aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31