BNA bir qrup sürücünü təltif etdi

BNA bir qrup sürücünü təltif etdi

Bakı Nəqliyyat Agentliyinin tabeliyində fəaliyyət göstərən "BakuBus" MMC-nin 5 illik yubileyi münasibətilə səmərəli və qüsursuz əmək fəaliyyətində fərqlənən bir qrup sürücü mükafatlandırılıb.

Bakı Nəqliyyat Agentliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə son illər Bakı şəhəri üzrə nəqliyyat sahəsində əldə olunan uğurlardan danışılıb, nailiyyətlərin qazanılmasında Bakı Nəqliyyat Agentliyinin xüsusi rolunun olduğu vurğulanıb. Qeyd olunub ki, fəaliyyətə başladığı ilk gündən sərnişinlərin təhlükəsizliyini, rahatlığını, eyni zamanda sərnişin-sürücü münasibətlərindəki xoşagəlməz məqamlara son qoymağı əsas fəaliyyət istiqaməti seçən, peşəkar sürücülərin hazırlanması və onların sınaqdan keçirilməsində ən müasir standartalara əsaslanıb. Həmçinin, bu işdə sürücülərin əməyi yüksək qiymətləndirib və onlara yeni uğurlar arzulanıb. Sonda fəaliyyətləri zamanı nümunəvi xidmət göstərən 43 nəfər sürücü qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31