Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdıldı - VİDEO
Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdıldı - VİDEO
2 Oktyabr 2019 15:16 SosialBakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov "Report"a açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib.
O bildirib ki, əvvəlki abidə yararsız halda olub: "Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb".
Şöbə müdiri abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib: "Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31