Azərbaycanda ifadə və məlumat azadlığı bütöv şəkildə təmin olunub
Azərbaycanda ifadə və məlumat azadlığı bütöv şəkildə təmin olunub
2 Oktyabr 2019 15:16 SosialAzərbaycan müstəqillik əldə etdikdən sonra demokratik dəyərlərə sahib çıxmaq yolu tutub. Xüsusən, söz və mətbuat azadlığı sahəsində ən təkmil qanunlar qəbul edilib, beynəlxalq sənədlər ratifikasiya olunub. Hazırda əksər dünya ölklərəində söz, mətbuat, ifadə və məlumat almaq azadlıqları ilə bağlı çoxsaylı problemlərin yaşanmasına baxmayaraq Azərbaycanda sözügedən məsələlər üçün bütün şərait yaradılıb. Bir sözlə, ölkədə ifadə və məlumat azadlığı tam şəkildə təmin olunub. Hüquqşünas Alim Hüseynli qeyd edib ki, ifadә azadlığı demokratik cәmiyyәtin vacib tәrkib hissəsi olan vә bir çox digər әsas insan hüquqlarının həyata keçirilmәsi üçün zəruri olan beynəlxalq insan hüquqları qanunlarında tәsbit edilmiş әsas insan hüququdur. Bu informasiya vә fikirlәrin sәrbəst mübadilәsi, siyasi seçimlәr haqqında açıq müzakirә və hökumәtin hərәkətlәrinә ictimaiyyət tərәfindәn nәzarәtә imkan yaradan hüquqdur. Azәrbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Tәşkilatı üzvü olaraq, əsas beynәlxalq vә regional insan hüquqları sazişlәrinə qoşularaq ifadә azadlığı hüququna riayәt etmək vә onu mühafizә etmək öhdәliyi daşıyır. İfadə azadlığı bir çox digәr әsas insan hüquqlarının hәyata keçirilmәsi üçün başlıca şәrt olan beynәlxalq insan hüquqları qanununda tәmin edilmiş әsas hüquqdur. İfadә azadlığı fərdlәrә öz fikirlərini ifadә etmәk sәlahiyyәti verir. İfadә azadlığı informasiya vә fikirlərin sərbəst mübadilәsi, siyasi seçimlər haqqında açıq müzakirә, vә hökumətin hərәkətlәrinә ictimaiyyәt tәrəfindәn nәzarətә imkan yaratdığından, demokratik cәmiyyәt üçün çox vacibdir.
Onun bildirdiyinə görə, Universal İnsan Hüquqları Bәyannamәsi (UİHB) özündə ilk dәfә olaraq ifadә azadlığı hüququnu tәsbit edir və eyniadlı Bəyannamənin 2-ci Maddәsindә aşağıdakılar nəzərdə tutulur: Hәr kәs fikir vә ifadə azadlığı hüququna malikdir; bu hüquqa maneәsiz olaraq öz fikrindә qalma vә hər hansı vasitə ilә vә dövlәt sәrhәdlәrindәn asılı olmayaraq, informasiya və ideyaları axtarmaq, almaq vә yaymaq azadlığı daxildir. UİHB mәcburedici xarakterli saziş olmasa da, 2-ci Maddәsindә müəyyən edilmiş ifadә azadlığı hüququ beynəlxalq adi hüquq norması kimi geniş qәbul edilmişdir, bu isә onun bütün Dövlətlәr üçün mәcburi olmasını ifadə edir: "Azәrbaycan 1992-ci ildə ATӘT-ə qәbul edilmiş vә Helsinki Yekun Aktını imzalamışdır. Helsinki Yekun Aktında ATӘT-ə Üzv Dövlәtlәrin "insanlara xas olan lәyaqәtdən ortaya çıxan vә onun sərbәst və tam inkişafı üçün zəruri olan mülki, siyasi, iqtisadi, sosial, mədəni və digər hüquqları vә azadlıqlarının effektiv həyata keçirilmәsini inkişaf etdirmәk vә dәstəklәmәk" vә "UİHB-nin məqsədləri vә prinsiplərinә uyğun olaraq hərəkәt etmәk" üçün öhdəlik daşıdığı qeyd edilir. Həmçinin Azəәrbaycan ifadә azadlığı vә әlaqәdar əsas hüquqlara, o cümlədәn toplaşma və birlәşmə azadlığı hüququna hörmәt vəә onların müdafiəsini təmin etmək üçün beynәlxalq qanunlarla öhdəlik daşıyır. Bu öhdәliklərdәn başlanğıc götürәrәk, Azərbaycanın Konstitusiyası və Azərbaycanın yerli qanununda ifadə azadlığı vә digər əlaqәdar hüquqlarla bağlı bir çox müddəalar öz әksini tapır. Bunlardan bəzisindә beynəlxalq standartlara uyğun olaraq ifadə azadlığının müdafiәsi nəzәrdә tutulur".
Hüquqşünas xatırladıb ki, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvesiyasına görə, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təminetmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər: "Müsbət haldır ki, Azərbaycanda ifadə və məlumat azadlıqlarının həyata keçirilməsi sahəsində heç bir problem yoxdur. Əksinə, dövlət sadalanan hüquqların həyata keçirilməsinə təminat verir, üstəlik bunun üçün də müvafiq imkanlar yaradır. Hazırda hər bir Azərbaysan vətəndaşı fikrini ifadə etmək, yaxud, məlumat almaq hüququna malikdir və bu hüquqdan sərbəst şəkildə yararlana bilir".
Hüquqşünas Azad Rzayev də qeyd edib ki, ölkə Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Ölkə vətəndaşlarının bu hüquqları "Məlumat azadlığı haqqında" Qanunda əksini tapıb. Hazırda hər bir Azərbaycan vətəndaşı təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında məlumatlar əldə etmək hüququna sahibdir. "Eyni zamanda, hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Bir şərtlə ki, məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir". Onun bildirdiyinə görə, Azərbaycanda məlumat azadlığı ən müxtəlif vasitələr və prinsiplər əsasında həyata keçirilir: "Azərbaycanda məlumat azadlığı aşağıdakı prinsiplərə əsaslanır. Bunlar məlumat azadlığının təmin edilməsi, məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı, məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi, məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi, hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması, şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması prinsipləridir ki, hazırda həmin prinsiplərə ciddi şəkildə əməl olunur".
Hüquqşünas qeyd edib ki, müsbət məqamlardan biri də ondan ibarətdir ki, dövlət məlumatın əldə edilməsi üçün öz vətəndaşlarına təminatlar da verib: "Belə ki, dövlət öz vətəndaşlarına dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə; dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması ilə; statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə; vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə; dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə əhaliyə dərhal məlumat verilməsi ilə; kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməməsi ilə; normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə təminat verir. Halbuku bir sıra ölkələrdə dövlətin sadalanan proseslərdə təminat məsləsi nəzərdə tutulmayıb. Azərbaycanda isə məlumatlar açıq şəkildə sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələri, açıq çıxışlar və sair vasitəsilə verilir. Bununla yanaşı, qanunvericilik alınması məhdudlaşdırılan məlumatların da sərhəddini müəyyən edib. Belə ki, alınması məhdudlaşdırılan məlumatlara-dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir. Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Sadalanan faktlar bir daha deməyə əsas verir ki, Azərbaycanda ifadə və məlumat azadlığı bütöv şəkildə təmin olunub".
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir