Mobil telefonlar və aksesuarları aşkarlanıb

Mobil telefonlar və aksesuarları aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mazda 3" markalı minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı avtomobilin salonunda, torpedanın içindən aksesuarları ilə birlikdə 1 ədəd "Samsung Galaxy A7", 2 ədəd "Samsung Galaxy A 20", 3 ədəd "Samsung Galaxy A 40", 2 ədəd "Samsung Galaxy A 10", 2 ədəd "Samsung Galaxy A 30", 2 ədəd "Samsung Galaxy A50", 3 ədəd "Redmi Note 7", 2 ədəd "Mi A2 lite" markalı mobil telefonlar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31