Həyata keçirilən sosial islahatlar ölkədə demoqrafik vəziyyətin yaxşılaşmasına xidmət edir -Təhlil

Həyata keçirilən sosial islahatlar ölkədə demoqrafik vəziyyətin yaxşılaşmasına xidmət edir-Təhlil

Azərbaycanın artan iqtisadi gücü, mövcud potemsialı və həmin potensialdan səmərəli şəkildə istifadə ölkənin hərtərəfli inkişafına təkan verir, onu dünyanın qabaqcıl ölkələri ilə bir sırada qərarlaşdırır. Ötən illər ərzində dünyanın aparıcı tədqiqat mərkəzləri, reytinq agentliklərinin apardıqları dəyərləndirmələr və ortaya çıxan nəticə belə deməyə əsas verir. Əgər beynəlxalq səviyyədə fəaliyyət göstərən təşkilat və qurumların dəyərləndirmələri və hesabatlarına nəzər yetirsək, aydın şəkildə görərik ki, ölkəmiz bütün parametrlər üzrə həmin hesabatlarda ön sıraları bölüşdürür. Təbii ki, bütün bu nailiyyətlər də ölkədə həyata keçirilən düzgün və məqsədyönlü siyasətdən qaynaqlanır. Burada bir məqama xüsusi diqqət çəkmək və xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən bu siyasətdə ilk növbədə xalq məmnuniyyəti, onun sosial rifah halının yaxşılaşdırılması ön planda dayanır. Ötən 16 il ərzində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qeyd edilən istiqamətdə atdığı addımlar, qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar da bunu təsdiqləyir. Məhz Cənab Prezidentin ötən illər ərzində atmıış olduğu sosialyönümlü addımlar, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi sosial paketlər əhalinin həyat şəraitini kifayət qədər yaxşılaşdırıb, ölkədə yoxsulluq səviyyəsini minimuma endirib. Nəzərə alsaq ki, ötən illər ərzində ölkədə minimum əmək haqqı, maaş və pensiyalar, eləcə də digər təqaüdlər bir neçə dəfə artırılıb, o zaman deyilənlərin bir həqiqət olduğunu isbat etməyə hansısa cəhd göstərməyə, yaxud arqument ortaya qoymağa ehtiyac qalmaz. Təkcə il yarım ərzində bir neçə dəfə minimum əmək haqqının artırılması əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edən amillərdəndir. Elə cari ilin ilk 6 ayının iqtisadi yekunları  və əhalinin gəlirlərini 6.6 faiz artması da bunu təqdiqləyir.

Ölkədə sosial sahədə həyata keçirilən tədbirlər, sosial islahatlar əhalinin həyat şəraitinin yüksəldilməsi ilə yanaşı, demokrafik vəziyyətin də əsaslı dərəcədə yaxşılaşmasına təsir göstərir. İldən-ilə əhali arasında baş verən artım, ölkə əhalisinin sayının sürətlə artması məhz sosial sahədə həyata keçirilən uğurlu islahatların məntiqi nəticəsidir desək yanılmarıq. Elə  Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırması zamanı səsləndirdiyi fikirlər də belə deməyə əsas verir. Dövlət başçısının da qeyd etdiyi kimi  ötən 10 il ərzində Azərbaycanda çoxlu dəyişikliklər baş verib, demoqrafik vəziyyət daha da yaxşılaşıb. Bu müsbət tendensiyanın müşahidə edilməsinə təsir göstərən bir sıra sosial proseslər var ki, bu sırada ilk yeri yeni iş yerlərinin açılması tutur. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən illər ərzində paytaxt və bölgələrdə açılan yeni iş yerlərinin sayı milyonlarla ölçülür ki, bu da demoqrafik vəziyyətə müsbət təsir göstərən amillərdəndir. Əgər müstəqilliyin ilk illərində vətəndaşlar xarici ölkələrə üz tutur, orada yaşamağa, ailə həyatı qurub övlad sahibi olmağa üstünlük verirdilərsə, indi situasiya tamamilə fərqlidir. Vətəndaşlarımız nəinki ölkəni tərk edir, əksinə müxtəlif ölkələrə, əsas etibarilə də Rusiya Federasiyasın üz tutumuş azərbaycanlılar geri qayıdaraq Azərbaycanda asanlıqla özlərinə iş tapa, yaşaya, ailə həyatı qurub övlad sahibi ola bilirlər. Bu gün ölkə əhalisinin sayının 10 milyondan artıq olmasında məhz bu amil xüsusi nəzərə çarpır. Digər tərəfdən dövlətin yeni dünyaya gələn uşaqlarla bağlı atdığı sosialyönümlü addımlar, çoxuşaqlı ailələr üçün  nəzərdə tutulan güzəştlər də demoqrafik vəziyyətin müsbət istiqamətdə dəyişməsinə təsir göstərən amillərdəndir. Günümüzdə işalçı Ermənistan bu sahədə ciddi problemlə üzləşib orduda xidmət etməyə gənc tapmadığı halda, Azərbaycanda gənclər nəinki hərbi xidməti layiqincə yerinə yetirir, eyni zamanda böyük həvəs və ruh yüksəkliyi ilə müddətdən artıq hərbi xidmət dövrü də keçirlər.

Azərbaycanda demoqrafik vəziyyətin yaxşılaşması onun beynəlxalq aləmdəki mövqelərinin də möhkəmlənməsinə təsir göstərir. Dünyaya gələn hər bir vətəndaş dövlətin fəal təbliğatçısı, döyüşən əsgəri olduğu üçün artıq bizə beynəlxalq aləmdə də hörmətlə yanaşır, mövqelərimizə, prinsiplərimizə sayğı göstərirlər.

Bu günə qədər əldə edilən nailiyyətlər və qarşıya qoyulan hədəflər, məqsədlər onu deməyə əsas verir ki, Azərbaycan qarşıdakı illərdə də öz uğurlu inkişaf yolunu davam etdirəcək.

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31