YAP-çı deputat Secki Məsəlləsinə dəyişiklik təklif edib
YAP-çı deputat Secki Məsəlləsinə dəyişiklik təklif edib
2 Oktyabr 2019 13:36 SosialSiyavuş Novruzov: "Prezidentliyə namizədlə bələdiyyə üzvlüyünə namizəd eyni sənədi toplamalı olur"
"Vaxtilə bizdə çox gözəl Seçki Məcəlləsi hazırlanıb. Sənəddə bütün seçki proseduru öz əksini tapıb. Amma 5 alim oturub onun üzərində otursa, heç nə tapa bilməyəcək". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, məsələ orasındadır ki, prezidentliyə namizədlə bələdiyyə üzvlüyünə namizəd eyni sənədi toplamalı olur. Hər bir bələdiyyə üzvünə 70 səhifə sənəd toplamaq lazım gəlir. 15500 bələdiyyə üzvü olacaq ki, bu da 90 min sənəd deməkdir. Hesab edirəm ki, bu məsələyə baxıb müəyyən düzəliş edilməlidir. Bu məsələlər bir-birindən ayrılmalı, hərəsinə yanaşma başqa cür olmalıdır. Prosedur qaydası eyni ola bilər, ancaq sənədlərin sayı məsələsində yanaşmaya yenidən baxmaq lazımdır".