Xalq yazıçısı Yaradıcılıq fakültəsinin tələbələrinə mühazirə oxudu

Xalq yazıçısı Yaradıcılıq fakültəsinin tələbələrinə mühazirə oxudu

Azərbaycan Dillər Universitetində Yaradıcılıq fakültəsinin 1-ci kurs tələbələri ilə görüş keçirilib. Olaylar.az bildirir ki, təhsil ocağının rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla fakültənin yaradılmasının məqsədindən danışıb və qeyd edib ki, Yaradıcılıq fakültəsi ədəbiyyat, fəlsəfə və digər incəsənət sahələrinin daha dərindən mənimsənilməsi üçün tələbələrə yeni imkanlar yaradacaq. Rektorun sözlərinə görə, ədəbi prosesləri və ədəbi istiqamətləri yaxından izləmək, yeni ədəbi hadisələrin təhlilini aparmaq, yaradıcılıq imkanlarını artırmaq məhz ədəbiyyatla yaxından əlaqəsi olan və bu işlə ciddi şəkildə məşğul olanlar üçün ilkin və vacib şərtlərdəndir:

K. Abdulla tələbələrə bilik və bacarıqlarından düzgün şəkildə istifadə etmək və dünyagörüşlərinin zənginləşməsi üçün çoxlu mütaliə etməyin vacibliyindən də danışıb:

"Kitabın cəmiyyət üçün faydası böyükdür. Bu faydanı biz gündəlik həyatımızda, işimizdə görürük. Ona görə də ədəbiyyat adamı olmaq istəyən hər kəs çoxlu kitab oxumalıdır. Davamlı şəkildə, sistemli şəkildə oxumaq həm doğru, həm də asan yoldur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31