Kitab Mərkəzində Nəsimi festivalı çərçivəsində mühazirələr dinlənilib
Kitab Mərkəzində Nəsimi festivalı çərçivəsində mühazirələr dinlənilib
1 Oktyabr 2019 17:11 SosialOktyabrın 1-də Bakı Kitab Mərkəzində Nəsimi festivalı çərçivəsində mühazirələr dinlənilib.
Olaylar.az bildirir ki, tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq bu günlərdə ölkəmizdə keçirilən böyük mütəfəkkir Nəsimiyə həsr olunmuş festival barədə fikirlərini bölüşüb. Bildirilib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nəsimi- şeir, incəsənət və mənəviyyat Festivalında beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şair və alimlər, filosoflar, rəssamlar, musiqi, rəqs və teatr qrupları iştirak edirlər. Belə tədbirlərdən biri də bu gün burada təşkil olunan mühazirələrdir.
Daha sonra mühazirələr dinlənilib. İlk mühazirəni italiyalı şair və dramaturq Davide Rondoni "Nəsimiyə paralellər: bir italyan şairinin Nəsimiyə dair qeydləri" mövzusunda söyləyib. Məruzəsində D.Rondoni Nəsimi yaradıcılığına nəzər salıb, yeri gəldikcə italiyan şairlərin yaradıcılıqları ilə paralellər aparıb.
Sonra Böyük Britaniyada yaşayan Azərbaycan əsilli filosof və rəssam Zeyqəm Əzizovun Nəsimi fəlsəfəsi ilə müasir nəzəriyyə və konsepsiyalar arasında paralellərə həsr edilmiş "Nəsimiyə paralellər: Lütfi Zadənin nəzəriyyəsində varlığın qeyri-mükəmməlliyi məfhumu" adlı mühazirəsi dinlənilib.
Tədbir Nəsiminin seçilmiş qəzəlinə müxtəlif təfsir yanaşmalarının müzakirəsi ilə davam edib.