Millət vəkili: “ Kimlərsə düşünülmüş formada milli toponimləri dəyişir”

Millət vəkili: “ Kimlərsə düşünülmüş formada milli toponimləri dəyişir”

"Toponimlər məsələsinə ciddi yanaşılmalıdır. Sanki kimlərsə düşünülmüş formada milli toponimləri dəyişir. Bunu kim edir, nə üçün edir, bilmirəm". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, bu sahədə ciddi qayda-qanun yaradılmalıdır: "Mən sizə bir misal çəkə bilərəm. Yardımlının Alar kəndi var. Sibirdən tutmuş Balkanlara qədər Alar adlı toponimlər var. Amma bunu kimsə dəyişib, Alar sözünü Allar edib. Hesab edirəm ki, bu məsələlərdə qayda-qanun yaradılmasının zamanı çatıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31