Deputat: “Enerji içkiləri ilə bağlı maarifləndirmə işi aparılmalıdır”

Deputat: “Enerji içkiləri ilə bağlı maarifləndirmə işi aparılmalıdır”

Millət vəkili Musa Quliyevin enerji içkilərinin reklamına qadağa qoyulması təklifi deputat həmkarları tərəfindən dəstəklənib. "Olaylar" xəbər verir ki, məsələyə münasibət bilrirən millət vəkili, MM sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, bu məsələ ilə bağlı geniş maarifləndirmə işi aparılmalıdır: "Mən görüşdə olanda uşaqlar sual verirlər ki, enerji içkilərinin ziyanı nədir? Ona görə bunun ziyanı barədə maarifləndirmə işi aparılmalıdır. Televiziya və digər mətbuat orqanları vasitəsil bu iş təşkil edilməlidir ki, insanlarda tam aydınlıq yaransın ki, bu içkiləri doğrudan da içmək olmaz. Və nəyə görə içmək olmaz".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31