Məhkum qardaşına siqaret qutusunda marixuana ötürmək istədi
Məhkum qardaşına siqaret qutusunda marixuana ötürmək istədi
1 Oktyabr 2019 13:53 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidməıtin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əsədov Ceyhun Nəriman oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Əsədzadə Əmiş Nəriman oğlu tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunun içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0.389 qram narkotik maddə - marixuana aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.