Təcridxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb
Təcridxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb
1 Oktyabr 2019 13:48 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidməıtin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 318.1; 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əliyev Loğman Ağalar oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı İmişli rayon sakini Əliyeva Nərminə Bəhmən qızı tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman saçına bağladığı qara rəngli parçanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə 1.875 qram narkotik maddə - heroin aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.