Məhkumlarla psixoloji yardım mövzusunda görüş keçirilib
Məhkumlarla psixoloji yardım mövzusunda görüş keçirilib
1 Oktyabr 2019 13:39 SosialƏdliyyə Nazirliyi Penitensiar xidməti və Məhkəmə ekspertizası mərkəzi arasında birgə təsdiq edilmiş tədbirlər planına əsasən Xidmətin cəzaçəkmə müəssisələrində və İstintaq təcridxanalarında cəza çəkən məhkum və həbs edilmiş şəxslərlə sosial reinteqrasiya proseslərinin gücləndirilməsi və psixolji yardım almaq hüququnun həyata keçirilməsində səmərəliliyin artırılması məqsədilə silsilə tədbirlər davam etdirilir. Xidmətdən "Olaylar"a bildirilib ki, bu məqsədlə Penitensair xidmətin və Məhkəmə ekspertizası mərkəzinin məsul əməkdaşlarının və ekspertlərinin iştirakı ilə məhkum və həbs edilmiş şəxslərlə görüşləri və seminarlar təşkil olunur. Növbəti belə seminar-treninqlər 6 və 7 saylı cəzaçəkmə müəssisələrində keçirilmişdir.
Treninqlərin əsas məqsədi məhkumlarda psixi və əsəb gərginliklərinin, davranışlarında yarana biləcək neqativ dəyişikliklərin aradan qaldırılması, onlarda şəxsiyyətlərarası münasibətlər sisteminin tənzimlənməisi və bərpa olunması, itirilmiş sosial münasibətlərin bərpasına yönəlmiş psixoloji yardımın göstərilməsidir. "Depressiya və stress halları, aradan qaldırılması yolları" mövzusunda təşkil edilmiş görüşdə məhkumların psixi sağlamlıq sferasında qeydə alınan problemlər ətrafında çıxışlar edilmiş, müzakirələr aparılmış və məhkumları maraqlandıran suallar cavablandırılıb.