Gah ərə getdiyini deyir, gah da sevgili tapdığını - Video
Gah ərə getdiyini deyir, gah da sevgili tapdığını - Video
1 Oktyabr 2019 13:20 SosialÖtən həftə iki fərqli kanalda proqramlarda qonaq olan müğənni Mətanət Əsədovanın şəxsi həyatı ilə bağlı danışdığı yalanlar bitmir.
Olaylar.az xəbər verir ki, "Xəzər TV"də "Ay Zaur"da 6 ay əvvəl ərə getdiyini deyən sənətçi digər proqramda tam fərqli fikirlər söyləyib.
ARB TV-nin "Bir arzu var" verilişinə qonaq olan Əsədova bu dəfə sevgilisi olduğunu söyləyib. O, aparıcı Arzu Həmzəyevanın "Həyatınızda sevgi var" sualına belə cavab verib:
"Sevirəm, özü də çox. Bilmirəm o sevgi nə olacaq. Mətanəti qazanacaq, ya yox? Bilmirəm, amma onu iki gözüm qədər istəyirəm. Hələ qazanmayıb məni. Onu ata bilmirəm, onun da mənə qarşı eşqi var, amma tam qəlbimi doldurmayıb. Sevgi dolu xanımam. İstəyir lap dünyanın sahibi olsun. Mən "bomj"u da sevərəm. Sevgi mənim üçün Allah gedən yoldur. Onunla oynamaq olmaz".
axşam.az