"Oğlum ikinci dəfə ailə qurmağa icazə verməz" - Damla

"Oğlum ikinci dəfə ailə qurmağa icazə verməz" - Damla

"Xəyanət etməyən kişi yoxdur. Onların fitrətində var. Hər qadın kimi mən də xəyanətlə üzləşmişəm. Amma zamanla insan üçün hər şey adiləşir. Qadın hər zaman böyük-böyük danışır ki, bağışlamaram, amma məqam gəlir və bağışlayırsan. Çünki sevgi qüruru əzib keçir".

Olaylar.az xəbər verir ki, bu sözləri müğənni Damla "Show news" verilişinə açıqlamasında deyib. Sənətçi xəyanətdən söz açıb. Damla daha sonra ikinci dəfə ailə qurması ilə bağlı sualları cavablandırıb:

"Bəzən ailə də arzulayıram. Müəyyən bir yaşdan sonra insan ailə istəyir. Qız uşaqlarını çox sevirəm. Bəzən istəyirəm, bəzən qorxuram. Haqqımda xeyirlisi nədirsə, o da olacaq. Bilirəm ki, oğlum ailə qurmağıma razı olmaz, icazə verməz".

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31