Ahıllar Günü ilə bağlı Pirallahı rayonunda görüş keçirilib
Ahıllar Günü ilə bağlı Pirallahı rayonunda görüş keçirilib
1 Oktyabr 2019 13:00 SosialPirallahı rayonunda Heydər Əliyev Fondunun dəstəyi və Pirallahı rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatıçılığı ilə "01 Oktyabr - Beynəlxalq Ahıllar Günü" münasibətilə tədbir keçirildi.
Olaylar.az xəbər verir ki, Pirallahı rayonunda yaşayan ahıllar, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Pirallahı rayon icra hakimiyyətinin başçısı Vasif İmanov ölkəmizdə ahıl insanlara göstərilən dövlət qayğısından danışdı: "Azərbaycanda ahıllarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin əsası, məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və son 10 ildə Prezident İlham Əliyevin layiqli səviyyədə davam və inkişaf etdirdiyi bu humanist siyasətin əsasında ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi dayanır" - deyə bildirildi.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ahıl insanlara qayğısından danışdı: "Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Fondda ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir, onların qayğı və problemləri öyrənilir, sağlamlıq imkanları diqqətdə saxlanılır".
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov gənclərin ahılların həyat təcrübəsindən yararlandırlarını vurğuladı.
Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxış edərək yaşlı insanlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi.
Rəsmi hissənin sonunda bir qrup ahıl insan Pirallahı rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəxri fərmanları ilə təltif olundular.
Tədbir Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin " Köhnə Bakı" ansamblının solistlərinin ifasında mahnı və rəqs nömrələri ilə davam etdi.