İstixana komplekslərinin sahibləri ilə görüş keçirilib

İstixana komplekslərinin sahibləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Sumqayıt şəhərində istixana komplekslərinin rəhbərləri ilə görüş keçiriblər.

"OLAYLAR"-a AQTA-dan bildirilib ki, görüşdə istixanalarda fitosanitar tədbirlərin həyata keçirilməsi, yüksək toksiki ekoloji təhlükəli preparatların  tətbiqi, ixrac qaydaları və bu sahədə mövcud qanunvericiliyin tələbləri ilə bağlı məlumat verilib. Sahibkarlara vəzifə və öhdəlikləri, fitosanitar sertifikatların verilməsi, istixanalarda pestisidlərin tətbiq zamanı sanitar-gigiyenik qaydalara əməl olunması, pomidor zərərvericiləri, xəstəlikləri və onlarla mübarizə yolları haqqında fikir mübadiləsi aparılıb və sahibkarlara metodiki tövsiyələr verilib.

Sonda sahibkarların sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31