Zakir Qaralov: “Rəfael Cəbrayılovla bağlı məsələ araşdıdılacaq”

Zakir Qaralov: “Rəfael Cəbrayılovla bağlı məsələ araşdıdılacaq”

"Mərkəzi Seçki Komissiyası (MSK) deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onun kimlərəsə borclu olması məsələsi müzakirə olunacaq. Bildiyiniz kimi, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər". "Olaylar" xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. Baş Prokuror  qeyd edib ki, hazırda R.Cəbrayılovun həmin işlə bağlı iddia ərizəsinə mülki qaydada baxılır: "Əgər məhkəmə baxışında onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, Rəfael Cəbrayılovun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmaları aparacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31