Maral Tahirqızı vəfat etməsi xəbərindən danışdı - Yeniləndi
Maral Tahirqızı vəfat etməsi xəbərindən danışdı - Yeniləndi
1 Oktyabr 2019 11:11 SosialMüğənni Maral Tahirqızının ölümü barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə müğənninin özü Redaktor.az-a eksklüziv açıqlamasında bildirib. Sənətçinin sözlərinə görə, əslində onun avtomobili yoxdur.
"Ola bilər ki, çoxdandır efirə çıxmıram. Ona görə belə iddialar yayılır. Düzdür, qəzaya düşmüşdüm. Amma bu ötən il baş verib. Allaha şükür olsun ki, həmin dəhşətli qəzadan sağ çıxmışam. Hazırda vəziyyətim yaxşıdır".
Qeyd edək ki, mətbuatda Maral Tahirqızının səhər saatlarında qəzaya düşdüyü və həyatını itirdiyi barədə məlumatlar yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31